
ABL: Pley-in mərhələsində son görüşlər baş tutacaq
- 16 Apr 2025 13:20
- 92
Azərbaycan Basketbol Liqasının pley-in mərhələsində bu gün son görüşlər baş tutacaq.
Rekord.az xəbər verir ki, bu matçlardan sonra pley-off mərhələsinin bütün iştirakçıları müəyyənləşəcək.
Bakı İdman Sarayında “Abşeron” NTD-ni qəbul edəcək. Komandalar arasında baş tutan ilk oyunda “Abşeron” (88:74), ikinci görüşdə NTD (67:63) qələbə qazanmışdı.
Digər matç Sumqayıt Olimpiya İdman Kompleksində “Sumqayıt”la “Sərhədçi” arasında keçiriləcək. Komandaların ilk görüşündə “Sərhədçi” (123:97), ikinci matçında isə “Sumqayıt” (100:97) qələbə qazanmışdı.
Hər iki qarşılaşma saat 19:00-da başlayacaq.
Daha əvvəl "Gəncə" "Lənkəran"ı (96:92, 100:74), "Ordu" "Quba"nı (88:74, 92:88) məğlub edərək pley-offa yüksəlib.