Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin ilk oyunlarına yekun vurulub.


Rekord.az xəbər verir ki, Sumqayıt Olimpiya İdman Kompleksində gerçəkləşən matçda "Sərhədçi" "Sumqayıt"a 123:97 hesabı ilə qalib gəlib.


Abşeron Olimpiya İdman Kompleksində baş tutan görüşdə isə "Ordu" "Quba" kollektivini 91:83 hesabı ilə üstələyib.


Tərəflər arasında növbəti qarşılaşma aprelin 14-də keçiriləcək. "Sumqayıt" - "Sərhədçi" görüşünün qalibi 1/4 finalda "Sabah"la, "Ordu" - "Quba" oyununda üstün olan tərəf növbəti mərhələdə "Neftçi" ilə üz-üzə gələcək.


Pley-in mərhələsinin əvvəlki matçlarında "Gəncə" "Lənkəran"ı 96:92, "Abşeron" isə NTD-ni 88:74 hesabı ilə məğlub edib.