Azərbaycan Basketbol Liqasının 12-ci turunda “Gəncə” “Quba” üzərində qələbə qazanıb.


Rekord.az xəbər verir ki, Gəncə İdman Sarayında keçirilən B qrupunun matçında meydan sahibləri üstün olub - 96:78.


12-ci turun daha əvvəl keçirilən görüşlərində "Abşeron" "Sərhədçi"ni 86:79, "Sabah" "Neftçi"ni 75:65, “Sumqayıt” “Lənkəran”ı 93:90, NTD “Naxçıvan”ı 95:70 hesabı ilə məğlub edib. Tura yanvarın 26-da “Şəki” - “Ordu” matçı ilə yekun vurulacaq.