![photo](https://www.rekord.az/storage/news/2025_02_07/89782417_01fd_3df9_b41f_edd82f8b625f_850_1738949906.jpg)
ABL: “Sabah” NTD-yə qalib gəldi
- 07 Fev 2025 21:30
- 28
Azərbaycan Basketbol Liqasının 14-cü turunda "Sabah" NTD-yə qalib gəlib.
Rekord.az xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində baş tutan A qrupunun görüşündə "bayquşlar" 96:85 hesablı qələbəyə sevinib.
14-cü turun daha əvvəl keçirilən matçlarında "Neftçi" "Sərhədçi"ni 82:67, "Naxçıvan" "Abşeron"u 76:70, "Quba" "Sumqayıt"ı 90:80 hesabı ilə məğlub edib. Tura fevralın 8-də keçiriləcək oyunlarla yekun vurulacaq.