Gəncədə  Azərbaycan Respublikasının Əməkdar məşqçisi Konstantin Abramenkonun 100 illik yubileyinə həsr olunmuş uşaqlar arasında futbol turniri keçirilib. 

Rekord.az xəbər verir ki, turnirdə "Turan Tovuz", "Qəbələ", "Kəpəz" və "Lokomotiv" (Gəncə) komandaları iştirak edib.

Hamıdan güclü olan Tovuz futbolçuları turnirin qalibi olub. Turnirdə qonaq qismində Azərbaycan millisinin məşqçisi Arif Əsədov da iştirak edib. Eyni zamanda AFFA turnirə qonaq qismində dəvət olunan şəhid ailələrini unutmayıb,baş katib Sərxan Hacıyevin adından onlara hədiyyələr təqdim olunub. Eyni zamanda şəhidlərimizin xatirəsi də turnirin startından öncə `1 dəqiqəlik sükutla yad edilib.