Abramoviç peşmandır
- 25 Apr 2021 12:00
- 524
“Çelsi”nin prezidenti Roman Abramoviç Avropa Superliqasına qatıldıqları üçün peşimandır.
Rekord.az xəbər verir ki, o, klubun saytına açıqlamasında deyib:
“Layihənin rəsmi açıqlamasından sonra yaranan təşvişi görüb, azarkeşlərin fikrini dinləmək üçün geriyə addım atdıq. Bu müzakirələrdən sonra Superliqanın bir parçası olmamağa qərar verdik. Layihəyə qatılmazda əvvəl bütün mövzuları nəzərdən keçirməyimiz lazım olduğunu bilirik. Klub sahibləri və İdarə Heyəti belə bir qərarın səhv olduğunu başa düşür. Çox peşimanıq”.
Avropa Superliqasını aprelin 18-də “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”,“Çelsi”, “Real Madrid", “Barselona”, “Atletiko”, “Yuventus”, “Milan” və “İnter” klubları yaradıblar. Sonradan 10 klub turniri tərk edib. Avropa Superliqası isə fəaliyyətini dayandırıb.