![photo](https://www.rekord.az/storage/uploads/5/55b856e7-ede7-3c4a-b260-c976f35caa9f-850.jpg)
ABŞ klubu Ueyn Runi ilə vidalaşdı
- 08 Okt 2023 16:16
- 540
ABŞ-ın “Di Si Yunayted” klubu baş məşqçisi Ueyn Runi ilə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Vaşinqton klubu 37 yaşlı mütəxəssislə qarşılıqlı razılıq əsasında vidalaşdıqlarını açıqlayıb.
Runi ötən ilin yayında "Di Si Yunayted"ə baş məşqçi təyin olunmuşdu.