Voleybol üzrə Azərbaycan çempionatında qadınların yarışında növbəti oyun keçirilib. "Rekord.az" xəbər verir ki, bu gün baş tutan görüşdə "UNEC" və "Abşeron" kollektivləri üz-üzə gəliblər.

Görüş universitet komandası üçün pis başlayıb. "UNEC" ilk iki seti zəif keçirərək uduzub. Üçüncü hissədə daha yaxşı təsir bağışlayan "UNEC" rəqibinə ciddi müqavimət göstərsə də, "Abşeron" bu seti də qalib başa vuraraq qarşılaşmadan quru hesablı qələbə ilə ayrılıb.

Super Liqa

31 yanvar

 “UNEC” - “Abşeron”  0:3 (16:25, 15:25, 24:26)