Abşeron Olimpiya İdman Kompleksində Azərbaycan Uşu Federasiyasının və Abşeron Rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Uşu idman növü üzrə yarış keçirilib.

Rekord.az xəbər verir ki, "Dəmir Yumruq-11" adlı yarış gənclər, yeniyetmələr və uşaqlar arasımda Abşeron Rayon açıq çempionatı adı altında baş tutub.

Çempionatda 250 nəfərə yaxın idmançı çempionluq uğrunda mübarizə apardı. Mükafata layiq yerlər tutmuş idmançılar müvafiq dərəcəli diplomlar və medallarla təltif olundular.