UEFA-nın AÇ-2020 ilə bağlı müzakirələri davam edir.

Rekord.az xəbər verir ki, qitə futbol qurumu bu ilin yayında keçirilməsi planlaşdırılan turniri təxirə salmayacaq.

Qurum hazırda yarışla bağlı 4  variantı müzakirə edir. Bu variantlar azarkeşlərin mümkün iştirakı ilə bağlıdır.

UEFA oyunlarda azarkeşlərin tam iştirakını, 50 faiz, 20-30 faiz iştirakını və ya ümumiyyətlə matçların azarkeşsiz keçirilməsi məsələsini müzakirə edir.

AÇ-2020 keçən ilin yayında keçirilməli olsa da, pandemiya səbəbiylə təxirə salındı. Turnirin bu ilin 11 iyun-11 iyul aralığında 12 müxtəlif şəhərdə keçirilməsi planlaşdırılır. Bu şəhərlər arasında Bakı da var.