AÇ-2020: Bakıya gələcək ikinci komanda da bilindi
- 27 İyn 2021 22:22
- 608
Futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.
Rekord.az xəbər verir ki, ikinci oyun gününün ilk matçında Niderland və Çexiya yığmaları üz-üzə gəlib.
Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da baş tutan görüş çexlərin qələbəsi ilə yekunlaşıb - 2:0.
Beləliklə, iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək 1/4 final matçında qarşılaşacaq hər iki komandanın adına aydınlıq gəlib. 1/4 finala vəsiqəni bir gün əvvəl təmin etmiş Danimarka yığması Bakıda Çexiya yığması ilə üz-üzə gələcək. Çexiya – Danimarka matçına saat 20:00-da start veriləcək.