Bu gün Bakı Olimpiya Stadionunda AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Uels Futbol Assosiasiyasının prezidenti Kiran O'Konnorla görüşüb.

Rekord.az xəbər verir ki, Elxan Məmmədov AÇ-2020-də iştirak etmək üçün Bakıya gələn Uels milli komandasını və nümayəndə heyətini salamlayıb və uğurlar arzulayıb. 

Kiran O'Konnor səmimi görüşə və xoş arzulara görə minnətdarlığını bildirib, təşkilati işlərdən razılığını ifadə edib.