AÇ-2020: Finalların ən erkən qolu
- 12 İyl 2021 14:30
- 542
Futbol üzrə İngiltərə yığmasının müdafiəçisi Luk Şou Avropa çempionatlarının tarixinə düşüb.
Rekord.az xəbər verir ki, 25 yaşlı futbolçu buna AÇ-2020-nin finalında İtaliyaya qarşı keçirdikləri oyunda vurduğu qolla nail olub.
Belə ki, ingilis müdafiəçi qarşılaşmanın 2-ci dəqiqəsində hesabı açıb. Bununla da o, Avropa çempionatları tarixində rekord müəyyənləşdirib. Matçın startından 1 dəqiqə 57 saniyə sonra fərqlənən futbolçu, Avropa çempionatlarının final oyunları tarixində ən erkən qola imza atıb.
Qeyd edək ki, final matçının əsas vaxtı heç-heçə bitib – 1:1. Əlavə vaxtda da hesab dəyişmədiyindən, qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən İtaliya millisi Avropa çempionu olub.