AÇ-2020: Finlandiyadan tarixi qələbə
- 13 İyn 2021 11:30
- 587
Futbol üzrə Finlandiya yığması tarixində ilk dəfə vəsiqə qazandığı Avropa çempionatına uğurlu start verib.
Rekord.az xəbər verir ki, sözügedən komanda Kopenhagendə qarşılaşdığı Danimarka yığmasını 1:0 hesabıyla məğlub edib.
Finlandiya yığmasının Avropa çempionatlarındakı ilk qolunu isə Yoel Pohyanpalo vurub. O, qarşılaşmanın 59-cu dəqiqəsində fərqlənib. Bununla da 26 yaşlı futbolçu Finlandiya millisinin tarixinə düşüb.
Qeyd edək ki, Pohyanpalo müqavilə ilə Almaniyanın “Bayer” klubuna məxsusdur. Lakin o, geridə qalan mövsümü icarə əsasında bu ölkənin digər təmsilçisi “Union Berlin”də keçirib və 20 oyunda 6 qola imza atıb.