AÇ-2020: İlk baş məşqçi ayrılığı
- 22 İyn 2021 19:00
- 545
Futbol üzrə Şimali Makedoniya millisinin baş məşqçisi İqor Angelovski vəzifəsindən ayrılacaq.
Rekord.az xəbər verir ki, bu barədə 45 yaşlı mütəxəssis AÇ-2020-nin qrup mərhələsinin 3-cü turunun Niderlandla oyunundan (0:3) sonra təşkil olunan mətbuat konfransında deyib.
O, Şimali Makedoniya millisi ilə müqaviləsinin müddətinin iyulda bitdiyini və yığmadan ayrılacağını deyib.
Angelovski 2015-ci ildən Şimali Makedoniya millisini çalışdırırdı.
Şimali Makedoniya millisi AÇ-2020-nin C qrupunu sonuncu sırada bitirib.