AÇ-2020 üçün koronavirus əngəli - UEFA-dan rəsmi açıqlama
- 26 Fev 2020 13:40
- 869
AÇ-2020-ni qəbul edəcək şəhərlərin siyahısında dəyişiklik ola bilər.
Rekord.az xəbər verir ki, bu barədə UEFA-nın vitse-prezidenti Mişel Uva koronavirus epidemiyasının Avropa çempionatına mümkün təsiri barədə danışarkən deyib.
Qurum rəsmisi bildirib ki, oyunlara ev sahibliyi edəcək ölkələrdən hansısa ölümcül virusa qarşı təminat verməsə, həmin şəhəri başqası ilə əvəz edə bilərlər.
Uva virusun Avropada geniş şəkildə yayılacağı halda, Çempionlar Liqası və Avropa Liqasında mübarizənin dayandırıla biləcəyini də istisna etməyib.
“UEFA olaraq hazırda gözləmək mövqeyindəyik. Koronavirusun təsir göstərdiyi ölkələri, orada təşkil olunan turnirlərlə bağlı qərarları diqqətlə izləyirik. Böyük beynəlxalq turnirlərin təxirə salınması və ya dayandırılması vəziyyət daha da pisləşəcəyi halda gündəmə gələ bilər. Həm də turnirə ev sahibliyi edəcək ölkələrin bununla bağlı qərarlarına görə hərəkət edəcəyik. Hansısa turniri təxirə salmaq və ya şəhər dəyişdirmək istəmirik. Amma ev sahibi ölkələrdən biri virusa görə bizə zəmanət verməsə, o zaman bu cür məsələlər gündəmə gələ bilər”.
Qeyd edək ki, AÇ-2020-nin qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək.