UEFA AÇ-2020-nin keçiriləcəyi şəhərlərin adlarını təsdiqləyib.

Rekord.az xəbər verir ki, ev sahibi olan 12 şəhərin siyahısında dəyişiklik edilməyib.

Koronavirus pandemiyasına görə təxirə salınan və gələn il keçiriləcək AÇ-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi edəcək.

Qeyd edək ki, oyunlar 2021-ci il 11 iyun-11 iyul tarixlərində keçiriləcək. Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.