AÇ-2020-nin A qrupunun iki oyununu Bakıda keçirəcək Uels və İsveçrə yığmaları Azərbaycana yola düşüb.

Rekord.az xəbər verir ki, hər iki kollektiv turnirə hazırlığını Bakıda davam etdirəcək.

AÇ-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.