AÇ-2020-yə ev sahibliyi edəcək şəhərlər dəyişə bilər
- 09 Apr 2020 16:24
- 603
Koronavirus pandemiyası səbəbiylə 2021-ci ilə təxirə salınan AÇ-2020-yə ev sahibliyi edəcək şəhərlərin sayında dəyişiklik ola bilər.
Rekord.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
Belə ki, UEFA Roma və Bilbao şəhərlərinin koronavirusa görə iqtisadi cəhətdən zəiflədiyi üçün AÇ-2020-yə ev sahibliyi edə bilməyəcəyindən qorxur. Buna görə də, UEFA-nın AÇ-2020-nin ev sahibi şəhərləri haqda yeni müzakirələr aparacağı bildirilir.
AÇ-2020-nin final mərhələsinin oyunları London (İngiltərə), Münhen (Almaniya), Bakı (Azərbaycan), Roma (İtaliya), Sankt-Peterburq (Rusiya), Budapeşt (Macarıstan), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Qlazqo (Şotlandiya), Bilbao (İspaniya) və Amsterdamda (Niderland) keçirilməlidi.
Bakıda – Bakı Olimpiya stadionunda turnirin 3 qrup, 1 də 1/4 final mərhələsinin oyunu keçirilməlidi.