AÇ-2024-ə doğru: Prinsipial final və SSRİ-nin növbəti məğlubiyyəti
- 15 May 2024 13:08
- 645
Sayca dördüncü olan 1972-ci il Avropa çempionatı bu dəfə Belçikada baş tutdu. Bu ölkənin üç şəhəri - Brüssel, Lyej və Antverpen oyunlara ev sahibliyi edəcəkdi. Lakin öncəki turnirlərdən fərqli olaraq, bu dəfə oyunların keçirildiyi stadion sayı da artmışdı. Belə ki, Belçikanın üç şəhərinin dörd stadionu oyunlara qucaq açırdı: Brüsselin "Eyzel" və "Stad Emil Verse", Lyejin "Stad Morris Düfran" və Antverpenin "Bosuil" stadionları. Ümumi götürəndə turnirin formatında və reqlamentində ciddi dəyişiklik yox idi. Komandalar bu dəfə də təsnifat mərhələsindən ev-səfər prinsipi olmaqla, mübarizəyə start verdilər və yekunda yarımfinala vəsiqə qazanan 4 komanda qalibi müəyyən etmək üçün Belçikaya toplaşdılar. Final mərhələ isə bu dəfə 4 gün sürdü - 14-18 iyun.
Sürpriz olmadı, amma ilk oldu
Gerd Müller
Final mərhələyə vəsiqə qazanan komandalar arasında sürpriz ad olmadı. Belçika ev sahibi idi. Amma belçikalılar müasir dönəmdə ev sahibi ölkələr kimi xüsusi imtiyazla final mərhələyə gəlməmişdi. Ev sahibləri olmalarına baxmayaraq, seçmə mərhələni keçərək idman prinsipləri ilə ən güclü "dördlüy"ə düşmüşdülər. SSRİ ilk turnirdən etibarən bütün turnirlərin iştirakçısı və favoriti idi. Almaniya həmin dönəmlərin inkişafda olan millilərindən biri idi. Macarıstan da həmçinin, o dönəmlərin favorit millilərindən idi. Lakin bir vacib məqamı da qeyd edək ki, UEFA həmin vaxt belə bir qərar qəbul etmişdi ki, istər seçmə mərhələdə, istərsə də final mərhələsində qalib müəyyən olunmayanda, son variant kimi püşkə yox, oyunsonrası penaltilərə gediləcəkdi. Bu, Avropa çempionatları tarixində bir ilk oldu. Eyni zamanda AÇ-72-də UEFA ilk dəfə komandalara iki oyunçu dəyişikliyindən istifadə etməyə imkan verdi.
SSRİ bu dəfə də prinsipiual oyunda uduzdu
Belçika - Almaniya matçı
İlk yarımfinal matçında ev sahibi Belçika Almaniya ilə üz-üz gəldi və daha təcrübəli almanlar rəqibini 2:1 hesabı ilə məğlub edərək finala vəsiqə qazandılar. Digər yarımfinal matçında isə SSRİ Macarıstan millisi üzərində 1:0-lıq çətin qələbəni bayram etdi. Beləliklə, Almaniya ilə SSRİ finalda, Belçika ilə Macarıstan isə 3-cü yer uğurunda oyunda üz-üzə gəlməli oldu.
Üçüncülük qarşılaşmasında Belçika gözlənilmədən Macarıstanı məğlub etdi və tarixində ilk dəfə Avropa çempionatında medal qazandı. Final isə daha prinsipial əhəmiyyət daşıyırdı, çünki meydançaya 20 il əvvəl müharibə aparan iki ölkə çıxırdı. Xüsusilə sovet hökuməti üçün bu cür oyunlar xüsusi əhəmiyyət daşıyırdı. Bəlkə bu təzyiq və psixoloji basıq sovet futbolçularına finalda daha yaxşı oynamağa mane oldu. Yekunda rəqibini 3:0 hesabı ilə məğlub edən Almaniya millisi Avropa çempionatının qızıl medallarına sahib çıxdı, Komandanın hücumçusu əfsanəvi Gerd Müller isə 4 qolla turnirin bombardiri adını qazandı.
Yarımfinal
Belçika - Almaniya 1:2
Qollar: Pollonis, 84 - Müller, 24, 71
14 iyun, Antverpen "Bosuli" stadionu, 55 669 tamaşaçı
Baş hakim: Uliyan Mallen (Şotlandiya)
Belçika: Pio, Eylens, Dolmans, Tissen, Van den Dael, Doks, Martens (Pollenis, 70), Semmelinq, Lamber, Van Himst, Y. Ferheyn.
AFR: Mayer, Höttges, Braytner, Şvartsenbek, Bekkenbauer, Vimmer, Haynkes, U. Höness (Qrabovski, 59), G. Müller, Netser, E. Kremers.
Yarımfinal:
Macarıstan - SSRİ 0:1
Qol: Konkov, 53
14 iyun, Brüssel, "Stad Emil Verse", 16.590 tamaşaçı
Baş hakim: Rudi Qlökner (Almaniya)
Macarıstan: Getsi, Fabian, Pançiç, Balint, P. Yuhas, İ. Yuhas, L. Koçiş (Albert, 60), Kyu, Seke, Bene (A. Dunai, 60), Zambo.
SSRİ: Rudakov, Dzodzuaşvili, Xurtsilava, Kapliçnı, İstomin, Konkov, Troşkin, Kolotov, Baydaçnı, Banişevski (Nodiya, 68), Onişenko.
Qeyd: Zambo 11 metrlik zərbəni qeyri-dəqiq yerinə yetirib (84, qapıçı).
3-cü yer uğrunda oyun
Belçika - Macarıstan 1:2
Qollar: Kyu, 53 (pen) - Lambert, 24; van Himst, 28
17 iyun, Lyers, "Stad Moris Düfran", 6184 tamaşaçı
Baş hakim: Eynar Bostörm (İsveç)
Macarıstan: Getsi, Fabian, Pançiç, Balint, P.Yuhas, İ.Yuhas, Kozma, Albert, Kyu, A.Dunai, Zambo (Syuç, 46)
Belçika: Pio, Eylens, Van den Dael, Tissen, Dolmans, Doks, Pollenis, Semmelinq, Lamber, Van Himst, Y.Ferheyn
FİNAL
Almaniya - SSRİ 3:0
Qollar: Müller, 27, 58; Vimmer, 52
18 iyun, Brüssel, "Eyzel", 43 437 tamaşaçı
Baş hakim: Ferdinand Marşal (Avstriya)
AFR: Mayer, Höttges, Braytner, Şvartsenbek, Bekkenbauer (k), Vimmer, Haynkes, U.Höness, G.Müller, Netser, E.Kremers.
SSRİ: Rudakov, Dzodzuaşvili, Xurtsilava (k), Kapliçnı, İstomin, Konkov (Dolmatov, 46), Troşkin, Kolotov, Baydaçnı, Banişevski (Kozinkeviç, 63), Onişenko
Hazırladı: Anar XANLAROV