Almaniya və Şotlandiya milliləri arasında keçirləcək Avropa çempionatının açılış oyununun hakimləri məlum olub.

Rekord.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı FİFA referisi Klement Turpen idarə edəcək.

Ona Nikolas Danos və Benjamin Pages yardımçı olacaq. Fransua Leteksye dördüncü hakim funksiyasını yerinə yetirəcək. VAR-da Jerom Brisard əyləşəcək. Onun köməkçiləri Willy Delajod və italiyalı Massimiliano İrrati olacaq.

İyunun 14-də baş tutacaq Almaniya – Şotlandiya matçı saat 23:00-da başlayacaq. AÇ-2024-ə iyulun 14-də yekun vurulacaq.