![photo](https://www.rekord.az/storage/uploads/5/cfc2a7c6-22d7-3eb3-85de-d22bb7a22fb6-850.jpg)
AÇ-2024-ün maskotunun adı açıqlandı
- 05 İyl 2023 23:40
- 292
Futbol üzrə 2024-cü il Avropa çempionatının rəsmi maskotunun adı açıqlanıb.
Rekord.az UEFA-nın saytına istinadən xəbər verir ki, oyuncaq ayı olan talismana "Albert" adı verilib.
Bu ad Avropadakı məktəblilər arasında keçirilən səsvermədən sonra seçilib.
Xatırladaq ki, AÇ-2024 gələn il iyunun 14-dən iyulun 14-dək Almaniyanın 10 şəhərində təşkil olunacaq. Turnirin qrup mərhələsində 24 komanda mübarizə aparacaq.