AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

Rekord.az xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət AÇ-2025-in seçmə mərhələsində keçiriləcək Litva - İslandiya matçında UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, oktyabrın 17-də Yonava şəhərində reallaşacaq görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.