Macarıstanın Budapeşt şəhərində keçirilən bədii gimnastika üzrə Avropa çempionatında milli komandamızın gənc fərdi gimnastları komanda hesabında bürünc medal qazanıblar.

Rekord.az xəbər verir ki, topla çıxışda İlahə Bahadirova (29,850) üçüncü, lentlə yarışda Şəms Ağahüseynova (29,000) dördüncü, halqa ilə Gövhər İbrahimova (30,050) altıncı, gürzlə çıxışda isə Fidan Qurbanlı (28,500) Avropa çempionatını yeddinci pillədə başa vuraraq, komanda hesabına bürünc medal qazandırıblar.

Qeyd edək ki, turnirə mayın 26-ı yekun vurulacaq.