AÇ: Azərbaycan güləşçilərindən bir dəst medal
- 13 Fev 2024 23:41
- 294
Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir.
Rekord.az xəbər verir ki, bu gün qitə birinciliyində ilk medalçılar müəyyənləşib.
Avropa çempionatında debüt edən Rəşad Məmmədov (55 kq) finalda moldovalı Artium Deleanuyla qarşılaşıb. Güləşçimiz hesabda öndə olarkən ani bir səhvin qurbanı olub. Rəqibinə “tuş”la məğlub olan Rəşad ilk dəfə qatıldığı qitə birinciliyində gümüş medal qazanıb.
Murad Məmmədov (60 kq) həlledici görüşdə ukraynalı Oleksandr Xruşinlə güləşib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada 2:1 hesabıyla qalib gələn Murad qızıl medala sahib çıxıb. Bununla da Məmmədov Avropa çempionatında medal kolleksiyasını tamamlayıb. Güləşçimiz buna qədər analoji yarışda gümüş (2018) və bürünc (2022) medal qazanmışdı.
İslam Abbasov (87 kq) bürünc medal uğrunda görüşdə olimpiya, dünya və Avropa çempionu Jan Belenyukla mübarizə aparıb. Ukraynalı təcrübəli güləşçi minimalhesablı qələbə qazanıb – 2:1.
Beka Kandelaki (130 kq) norveçli Oskar Marviklə 3-cü yer uğrunda güləşib. Təmsilçimiz hesabda geri düşsə də, əzmkarlıq nümayiş etdirərək xalların keyfiyyətinə görə (2:2) qələbə qazanıb və Avropa çempionatında ilk dəfə fəxri kürsüyə qalxıb.
Beləliklə, yunan-Roma güləşi üzrə millimiz Avropa çempionatına 1 dəst medalla start verib.