19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsində sonuncu oyununu keçirib.


Rekord.az xəbər verir ki, Xorvatiyada təşkil olunan turnirdə yığma Türkiyə ilə üz-üzə gəlib.


Omiş şəhərindəki Ribnyak İdman Sarayında baş tutan qarşılaşma rəqibin qələbəsi ilə bitib – 3:1. Millimizin yeganə qolunu Elgün Sadıqlı vurub.


İlqar Aslanovun baş məşqçisi olduğu kollektiv daha əvvəl Bosniya və Herseqovinaya 2:10 hesabı uduzub, Xorvatiya ilə heç-heçə edib - 3:3.