AÇ: Azərbaycan yığması ilk matçında uduzdu
- 07 İyl 2023 21:00
- 289
20 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi Şimali Makedoniyanın Skopye şəhərində təşkil olunan Avropa çempionatında ilk oyununu keçirib.
Rekord.az xəbər verir ki, yığmamız B Divizionunun C qrupunda İsveç kollektivi ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan komandasının məğlubiyyəti ilə bitib - 50:102.
Qrupda Kosovo, Ukrayna və Gürcüstan seçmələri də mübarizə aparır.