Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol yığması Andorradadakı Avropa çempionatında ikinci oyununu keçirib.

Rekord.az xəbər verir ki, yığmamız C Divizionunun B qrupunda Moldova seçməsi ilə üz-üzə gəlib.

Azərbaycan komandası rəqibini 78:55 hesabı ilə üstələyərə qrupda ilk pilləyə yüksəlib. Növbəti görüş iyulun 20-də Albaniyaya qarşı olacaq.

Qeyd edək ki, milli daha əvvəl meydan sahiblərinə 64:50 hesabı ilə qalib gəlib.