AÇ: Azərbaycan yığmasının heyəti açıqlandı
- 03 İyl 2023 21:00
- 372
Azərbaycanın stolüstü tennisçiləri iyulun 14-də Polşanın Qliviçe şəhərində start götürəcək Avropa çempionatında mübarizə aparacaqlar.
Rekord.az xəbər verir ki, yığma üzvləri məsul yarışa hazırlığı Çexiyada davam etdirəcəklər.
İdmançılar bu məqsədlə sözügedən ölkənin Havirov şəhərinə yola düşüblər. İyulun 13-dək keçiriləcək təlim məşq toplanışında gənclərdən İbrahim Ansari, Nihad Məmmədov, Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Xədicə Əbilzadə, Nigar Mahmudova, yeniyetmələrdən isə Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov, Mərziyyə Nurmətova, Arzu Aslanova və Aylin Əsgərova iştirak edəcək.
Komanda Havirova millinin məşqləri Ramil Cəfərov və Elnur Hidayətzadənin rəhbərliyi ilə yollanıb.