İtaliyanın paytaxtı Romada güləş üzrə U-20 Avropa çempionatı davam edir.

Rekord.az xəbər verir ki, qitə birinciliyinin son 3 günündə sərbəst güləşçilər mübarizə aparacaq.

Böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Rövşən Hacıyevlə Əşrəf Əliyevin rəhbərliyi altında Nurəddin Novruzov (57 kq), Ramik Heybətov (61 kq), Əbülfəz Nəsirov (65 kq), Sabir Cəfərov (70 kq), Cəbrayıl Qadjiyev (74 kq), Səbuhi Əmiraslanov (79 kq), Fərid Cabbarov (86 kq), Abdulcəlil Şabanov (92 kq), Varis Mehdizadə (97 kq) və Aslan Abakarov (125 kq) ölkəmizi məsul yarışda təmsil edəcək.

Səfər ərəfəsində Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü Namiq Abdullayev, baş katib Nəsimi Musayev, baş katibin müavini Orxan Məmmədov, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Elçin Cəfərov milli üzvləriylə görüşərək onlara uğurlar arzulayıblar. 

Qeyd edək ki, AÇ-nin proqramına əsasən, bu gün bütün çəkilər üzrə püşkatma mərasimi keçiriləcək. Sabah 57, 65, 70, 79 və 97 kq-da yer alan sərbəst güləşçilər xalçaya çıxacaq. Növbəti gün digər çəkilərdəki pəhləvanlar mübarizəyə qoşulacaq.