
“AÇ-dəki uğurumu Azərbaycan hərbçilərinə həsr edirəm”
- 14 Apr 2025 10:00
- 76
Avropa çempionatında üçüncü yeri tutsam da bu uğurumu Azərbaycan hərbçilərinə həsr edirəm.
Rekord.az xəbər verir ki, bunu Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasov (87 kq) Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında bürünc medal əldə etməsinə münasibətini bildirərkən deyib.
O, uzun fasilədən sonra nəticə vermək arzusunda olduğunu bildirib:
“Medal uğrunda görüş ağır keçdi. Əvvəlki ağır görüşlərdən sonra bədənim tam bərpa olmamışdı. Çempionluğu qazanmasam da, üçüncü yeri tutdum. Uzun fasilədən sonra nəticə vermək arzusunda idim. Üçüncü yeri tutsam da bu uğurumu Azərbaycan hərbçilərinə həsr edirəm”.