
AÇ: Eldənizdən gümüş, İslamdan bürünc medal
- 00:08
- 45
Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq) Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında gümüş medal əldə edib.
Rekord.az xəbər verir ki, təcrübəli idmançı finalda rusiyalı Emin Seferşayevə (UWW) uduzub.
Azərbaycanın daha bir yunan-Roma güləşçisi İslam Abbasov (87 kq) isə bu Avropa çempionatında bürünc medal qazanıb.
Bu gün həm də Azərbaycanın daha üç yunan-Roma güləşçisi Avropa çempionatında finala vəsiqə qazanıb. Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (72 kq) və Qurban Qurbanov (82 kq) sabah qızıl medal uğrunda görüşdə iştirak edəcəklər. Ülvi Qənizadə (72 kq) və Murad Əhmədiyev (97 kq) 1/8 finalda uduzublar.
Xatırladaq ki, daha əvvəl sərbəst güləşçilər 1 qızıl, 1 gümüş və 4 bürünc mükafata sahib çıxıblar. Giorgi Meşvildişvili (125 kq) Avropa çempionu olub, Osman Nurməhəmmədov (92 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) bürünc medala sahib çıxıblar.
Azərbaycanın sərbəst güləş millisi komanda hesabında Avropa çempionu olub. Qadınlardan isə Jalə Əliyeva (57 kq) bürünc mükafat əldə edib.
Qitə birinciliyi aprelin 13-də başa çatacaq.