AÇ: Güləşçilərimiz son gündə medalsız qaldı
- 25 Apr 2021 22:45
- 616
Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatına yekun vurulub.
Rekord.az xəbər verir ki, altıncı yarış günündə son 5 yunan-Roma güləşçimiz mübarizəyə qoşulub.
Mübarizəyə 1/8 finaldan qoşulan Namaz Rüstəmov ilk görüşdə Serbiya təmsilçisiylə bacarmayıb. Ancaq rəqib finaladək irəlilədiyi üçün Namaz aprelin 25-də təsəlliverici görüşə çıxıb. İtaliya güləşçisiylə görüşdə 2:1 öndə olan həmyerlimiz son saniyədə qələbəni əldən verərək mübarizəni dayandırıb.
Zamir Məhəmmədov üçün də debüt uğursuz alınıb. Təmsilçimiz startda macar rəqibinə məğlub olub. Rəqib finala yüksəldiyi üçün Zamir aprelin 25-də bürünc medal görüşünə çıxıb. Amma o, Belarusdan olan rəqibinə də uduzub və medalsız qalıb.
67 kq
1/8 final: Namaz Rüstəmov - Mate Nemes (Serbiya) 0:6
Təsəlliverici görüş: Namaz Rüstəmov - Zaur Kabaloyev (İtaliya) 2:2*
97 kq
1/4 final: Zamir Məhəmmədov - Balaş Kiss (Macarıstan) 0:4
Bürünc medal görüşü: Zamir Məhəmmədov - Nikalay Stadub (Belarus) 1:3