AÇ: Günay Məmmədzadə gümüş, Şəhriyar Məmmədyarov bürünc medal qazandı
- 19 İyn 2023 23:59
- 310
Polşada üçüncü Avropa Oyunlarına dəstək məqsədi ilə şahmat yarışları keçirilib.
Rekord.az xəbər verir ki, Avropa Şahmat İttifaqının təşəbbüsü ilə Krakovda cütlüklərin blits üzrə Avropa çempionatı təşkil olunub.
Dairəvi sistemlə keçirilən yarışın yekununda Günay Məmmədzadə gümüş, Şəhriyar Məmmədyarov isə bürünc medal qazanıb.
Yekun sıralamada komandamız turnir cədvəlində üçüncü yeri tutaraq daha bir mükafata – bürünc medala layiq görülüb.