![photo](https://rekord.az/uploads/5/80576473-6b35-3ba0-a56e-e2f5046ec641-850-600x300.jpg)
AÇ: Gürcüstan millisi pley-offa yüksələn 8-ci debütant oldu
- 2024-06-27 17:40
- 86
Gürcüstan millisi Avropa çempionatlarında pley-offa yüksələn səkkizinci debütant komanda olub.
Rekord.az xəbər verir ki, ilk dəfə Portuqaliya yığması qatıldığı AÇ-1984-də qrupdan çıxıb.
Daha sonra İsveç (1992), Xorvatiya (1996), Uels, Sloveniya, Şimali İrlandiya və İslandiya (2016) debütdə 1/8 finala yüksələn yığmalar olub.
Gürcüstan millisi yer aldığı F qrupunda 4 xalla üçüncü yeri tutaraq növbəti mərhələyə adlayıb.