AÇ: İlk gündə dörd boksçumuz rinqə çıxacaq
- 17 İyn 2021 19:00
- 702
Bu gün İtaliyanın Rozeto-deli-Abrutstsi şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı start götürəcək.
Rekord.az xəbər verir ki, 41 ölkənin qatılacağı yarışda Azərbaycan millisinin üzvlərinin də ilk rəqibləri bəlli olub.
Püşkün nəticəsinə əsasən boksçularımızdan dördü çempionata 1/16 finaldan başlayacaq. Onlar debüt görüşlərinə bu gün çıxacaqlar. 1/8 finalda mübarizəyə qoşulacaq digər 3 idmançımız isə rinqə iyunun 19-da çıxacaqlar.
Qeyd edək ki, yarışda final görüşləri iyunun 24-də olacaq. 320 min mükafat fondu olan çempionatın qalibi 8 min, gümüş medalçısı 4 min, 3-cü yerin sahiblərinin hərəsi 2 min dollar qazanacaq.
17 iyun
1/16 final
Cəlal Qurbanov (60 kq) – İstvan Bundovçs (Macarıstan)
Ruslan Rüstəmov (64 kq) – Uça Jorjoliani (Gürcüstan)
Sərxan Əliyev (69 kq) – Patriot Behrami (Kosovo)
Mirəşrəf Kazımzadə (75 kq) – Arşak Yelizbaryan (Gürcüstan)
19 iyun
1/8 final
Əli Zamanov (52 kq) – Martin Virban (Macarıstan)/Axtem Zakirov (Rusiya)
Maqsud Xasmetov (56 kq) – Yuri Tomyuk (Ukrayna)
Murad Allahverdiyev (81 kq) – Kristian Kosyani (Sloveniya)