20 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi Şimali Makedoniyanın Skopye şəhərində təşkil olunan Avropa çempionatında növbəti oyununu keçirəcək.

Rekord.az xəbər verir ki, yığmamız B Divizionunun C qrupunda Kosovo kollektivi ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Azərbaycan komandası əvvəlki matçlarda Ukrayna və İsveçə, rəqibimiz isə Gürcüstanla İsveçə yenilib.