Azərbaycanın badminton millisi Bakıda keçirilən qarışıq komandalar arasında Avropa çempionatında ikinci oyununda da məğlub olub.


Rekord.az xəbər verir ki, Morteza Validarvinin baş məşqçisi olduğu kollektiv 1-ci qrupda İspaniya ilə üz-üzə gəlib.


Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 3:2. Yığma ötən gün İngiltərəyə də eyni hesabla uduzub.


Azərbaycan millisi fevralın 14-də Danimarka ilə münasibətlərə aydınlıq gətirəcək.