Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisinin üzvləri Bolqarıstanda keçirilən Avropa çempionatının komanda yarışında növbəti görüşlərini keçiriblər.

Rekord.az xəbər verir ki, yığma təsəlliverici qarşılaşmada İtaliya seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma millimizin qələbəsi ilə bitib - 4:1.

Azərbaycan cüdoçuları fərdi mübarizəni 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar.