
AÇ: Millimiz qrupdakı sonuncu matçında uduzdu
- 24 Fev 2025 19:46
- 158
Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi bu gün Avropa çempionatının ikinci seçmə mərhələsində sonuncu oyununu keçirib.
Rekord.az xəbər verir ki, B Liqasının 4-cü qrupunda yer alan komanda Monteneqro ilə üz-üzə gəlib.
Albaniyanın paytaxtı Tiranadakı “House of Football Natural Pitch” stadionunda təşkil olunan qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Yığmanın yeganə qolunu 66-cı dəqiqədə Aysel Ziyadova vurub.
Millimiz daha əvvəl keçirdiyi matçlarda Şimali İrlandiyaya və Albaniyaya 0:4 hesabı ilə məğlub olub.