21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının keçirəcəyi oyunların stadionları müəyyənləşib.

Rekord.az xəbər verir ki, Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv sentyabrın 2-də, saat 21:00-da Xorvatiyanın Velika Qoritsa şəhərindəki şəhər stadionunda Xorvatiya, sentyabrın 7-də isə Avstriyanın Rid İm İnnkreys şəhərindəki “Josko Arena”da Avstriya yığması ilə qarşılaşacaq.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Avstriya ilə oyunun başlama saatı hələ məlum deyil.