19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki oyunlarına təyinatlar bəlli olub.

Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmanın noyabrın 13-də İslandiyaya qarşı matçını Şotlandiyadan olan Devid Dikinson idarə edəcək.

Üç gün sonra İrlandiya ilə görüşdə Miloş Milanoviç, noyabrın 19-da Moldova ilə qarşılaşmada yenidən Dikinson ədaləti qoruyacaq.

Avropa çempionatının seçmə mərhələsi

VII qrup

13 noyabr

14:00. Azərbaycan - İslandiya

Baş hakim: Devid Dikinson (Şotlandiya).

Baş hakimin köməkçiləri: Kreyq Ferqyuson (Şotlandiya), Gennadi Lisita (Moldova).

Dördüncü hakim: İqor Boska (Moldova).

"Zimbru-2" stadionu.

16 noyabr

14:00. İrlandiya - Azərbaycan

Baş hakim: Miloş Milanoviç (Serbiya).

Baş hakimin köməkçiləri: Novak Novakoviç (Serbiya), Gennadi Lisita (Moldova).

Dördüncü hakim: İqor Boska (Moldova).

"Zimbru-2" stadionu.

19 noyabr

15:00. Moldova - Azərbaycan

Baş hakim: Devid Dikinson (Şotlandiya).

Baş hakimin köməkçiləri: Kreyq Ferqyuson (Şotlandiya), Lukaş Matuşek (Çexiya).

Dördüncü hakim: Yan Petrik (Çexiya).

"Zimbru" stadionu.