AÇ: Nazim Babayev finalda
- 2023-03-02 23:45
- 372
Azərbaycan atleti Nazim Babayev Türkiyənin İstanbul şəhərində keçirilən qış Avropa çempionatında finala yüksəlib.
Rekord.az xəbər verir ki, idmançı üçtəkanla tullanma növündə 16.45 metr nəticə göstərib.
Təsnifat mərhələsində 4-cü yeri tutan Babayev finalda iştirak hüququ qazanıb.
Yarışda Azərbaycanın digər atleti Yekaterina Sariyeva da qüvvəsini sınayır.