AÇ: Nigar Mirzəzadə 1/4 finalda mübarizəni dayandırdı
- 30 İyn 2021 19:59
- 915
Almaniyanın Dortmund şəhərində gənc güləşçilərin Avropa çempionatı davam edir.
Rekord.az xəbər verir ki, üçüncü yarış günündə 50, 55, 59, 68 və 76 kq-da çıxış edən qızlar mübarizəyə qoşulub.
Firuzə Məcidova ilk mərhələdə Belarus güləşçisinə məğlub olub.
Nigar Mirzəzadə debütdə xorvatiyalı rəqibi üzərində inamlı qələbə qazanıb. Həmyerlimiz 1/4 finalda belaruslu idmançıya uduzub.
59 kq
Təsnifat: Firuzə Məcidova - Arina Martinava (Belarus) 0:10
68 kq
Təsnifat: Nigar Mirzəzadə - Gia Kastelan (Xorvatiya) 10:4
1/4 final: Nigar Mirzəzadə - Alina Miklaşevskaya (Belarus) 4:8