Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir.

Rekord.az xəbər verir ki, bu gün Azərbaycan qadın güləşçiləri mübarizəyə başlayıb.

Mariya Stadnik (50 kq) yarımfinalda ukraynalı Oksana Livaça 6:0 hesabı ilə qalib gələrək finala yüksəlib. Alyona Kolesnik (59 kq) isə polşalı Patrisiya Gilə 7:3 hesabı ilə məğlub edərək finala adını yazdırıb.

Final görüşləri fevralın 15-də keçiriləcək.