Azərbaycanın güləş üzrə yığma komandaları Olimpiya Güləş Mərkəzində məşqləri davam etdirir.

Rekord.az xəbər verir ki, Göygöl Olimpiya İdman Kompleksində xüsusi fiziki hazırlıq üzrə təlim-məşq toplanışını başa vurduqdan sonra Bakıya gələn millilərimiz taktiki-texniki hazırlığı paytaxtda keçir.

Aprelin 19-dan 25-dək Polşanın paytaxtı Varşavada keçiriləcək Avropa çempionatında iştirak edəcək komandalarımız gündə bir məşqlə son hazırlıq prosesini davam etdirir.

Sərbəst güləşçilərimiz sabah Polşaya yollanacaq. Qadınlar aprelin 18-də, yunan-Roma güləşçilərimiz isə ayın 20-də ölkəmizi tərk edəcək. Yarışın proqramına əsasən, aprelin 18-də sərbəst, 20-də qadın, 22-də isə yunan-Roma güləşində bütün çəkilər üzrə püşkatma mərasimi keçiriləcək. Aprelin 19-21-də sərbəst, 21-23-də qadın, 23-25-də isə yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq. Görüşlər hər gün Bakı vaxtı ilə saat 14:30-da start götürəcək.

Qeyd edək ki, qitə birinciliyində beynəlxalq dərəcəli hakim Hicran Şərifov ədaləti qoruyacaq.