Azərbaycanın 18 yaşadək oğlanlar və qızlardan ibarət basketbol milliləri Avropa çempionatının C divizionunda bu gün final matçlarına çıxacaqlar.

Rekord.az xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi qızlardan ibarət komanda Kosovonun paytaxtı Priştinada təşkil olunan yarışın həlledici mərhələsində ev sahibi yığma ilə üz-üzə gələcək.

Anar Sarıyevin baş məşqçisi olduğu digər yığma Albaniyanın Elbasan şəhərindəki turnirin eyni raundunda Lüksemburqun müqavimətini qırmağa çalışacaq.

Qarşılaşmalar müvafiq olaraq Bakı vaxtı ilə saat 21:30-da və 21:00-da start götürəcək.