Basketbol üzrə Azərbaycan millisinin Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-20 Avropa çempionatının B Divizionundakı növbəti rəqibi bəlli olub.

Rekord.az xəbər verir ki, C qrupunu sonuncu pillədə tamamlayan yığmamız 17-20-ci yerlər uğrunda oyunda Lüksemburq seçməsi ilə qarşılaşacaq.

İyulun 14-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 13:00-da başlayacaq. Görüş Beynəlxalq Basketbol Federasiyasının (FIBA) rəsmi “Youtube” hesabından canlı yayımlanacaq.