AÇ: Yunan-Roma güləşçilərimizin ilk rəqibləri bəlli oldu
- 01 İyl 2021 20:00
- 659
Almaniyanın Dortmund şəhərində gənc güləşçilərin Avropa çempionatı davam edir.
Rekord.az xəbər verir ki, qitə birinciliyinin son 3 günündə yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq.
Bu gün püşkatma mərasimi keçirilib və millimizin üzvlərinin ilk rəqibləri müəyyənləşib.
55 kq
Təsnifat: Elmir Əliyev - Vasili Mişaniç (Ukrayna)
60 kq
1/8 final: Nihat Məmmədli - Davit Jotyan (Ermənistan)
63 kq
Təsnifat: Qurban Qurbanov - Korneliu Rusu (Moldova)
67 kq
1/8 final: Həsrət Cəfərov - Adam Pohileç (Macarıstan)
72 kq
Təsnifat: Xasay Həsənli - İvo Sviqler (Çexiya)
77 kq
1/8 final: Elcan Məmmədov - Conni Sarkkinen (Finlandiya)
82 kq
Təsnifat: Murad Əhmədiyev - Yaqo Qobadze (Gürcüstan)
87 kq
Təsnifat: Laçın Vəliyev - Tirone Sterkenburq (Hollandiya)
130 kq
Təsnifat: Sərxan Məmmədov - Mate Qokadze (Gürcüstan)
Qeyd edək ki, sabah 55, 63, 77, 87 və 130 kq-da çıxış edən güləşçilər xalça üzərinə çıxacaq. İyunun 3-də isə 60, 67, 72, 82 və 97 kq-da yer alan pəhləvanlar mübarizəyə qoşulacaq.