AÇ: Zaretska ilk görüşdə uduzdu
- 25 May 2022 18:00
- 516
Azərbaycan karateçisi İrina Zaretska Türkiyənin Qaziantep şəhərində keçirilən Avropa çempionatında mübarizəni erkən dayandırıb.
Rekord.az xəbər verir ki, 68 kq-da çıxış edən idmançı 1/8 final mərhələsində fransalı Alizi Agierlə üz-üzə gəlib.
İlk qarşılaşmasındaca rəqibinə 1:3 hesabı ilə məğlub olan Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı yarışla vidalaşıb.
84 kq-dan yuxarı çəki dərəcəsindəki Asiman Qurbanlı yunanıstanlı Georgios Tzanosa qalib gəlsə də, növbəti raundda Ukraynanı təmsil edən Rizvan Talıbova yenilib.
Avropa çempionatı mayın 29-da başa çatacaq.
Azərbaycan yarışda 17 karateçi və 5 para-karateçi ilə təmsil olunur. Bu gün 7 karateçi mübarizəyə qoşulub.